!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna bu göstərici üzrə Rusiya ilə bərabərləşdi – STATİSTİKA

!Reklam – Yazi

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna hərbi arsenalını sürətlə genişləndirir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukrayna son 16 ay ərzində malik olduğu tankların sayını Rusiya ilə bərabərləşdirməyə nail olub.

Məlumata əsasən, 2022-ci ilin fevral ayından etibarən Qərb koalisiyası Ukraynaya 771 yeni tank göndərib və əlavə olaraq 286 tank göndərməyi vəd edib.

Müharibənin gedişində Rusiyanın tank itkilərinin artması, Ukraynanın tank parkının isə genişlənməsi iki ölkənin bu sahə üzrə göstəricilərini eyniləşdirib.

Bundan başqa, Rusiya ilə Ukrayna arasında artilleriya qurğuları və reaktiv yaylım atəşi sistemlərinin sayında da əvvəl birincinin xeyrinə olan nisbət fərqi, demək olar, aradan qaldırılıb.

Qərb mənbələrinin bildirdiyinə görə, müharibə başlayandan indiyə qədər Rusiya öz döyüş qabiliyyətini yarıbayarı itirib. Qeyd olunur ki, Rusiya 2022-ci ildə Ukrayna ərazisinə 10 milyon artilleriya mərmisi atıb və eyni zamanda, döyüşlərdə 2000-dən çox tank itkisi ilə üzləşib. Rusiyanın hərbi sənayesi ildə cəmi 1 milyon mərmi və 200 tank istehsal etmək gücündədir.

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv