!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna cəbhəsində YENİ DÖNÜŞ: “Pentaqon öz sərəncamında olan müxtəlif silahları...”

!Reklam – Yazi

“Qərbin vəd etdiyi yardımlar Ukraynaya vaxtında çatdırılsa, Rusiyaya ciddi müqavimət göstərə biləcək”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin mövcud durumunda Qərbin bərpa olunan yardımlarını və gözləntiləri dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında səsləndirib.

Qabil Hüseynli bildirib ki, Ukrayna edilən son yardımlar sayəsində hücumda olan Rusiya ordusunu dayandıra bilib:

“Avropa vəd etdiyi 60 milyardlıq pulu hissə-hissə Ukraynaya verməyə başlayıb. Eyni zamanda, Avropa İttifaqının bəzi ölkələri özləri ayrı-ayrı vaxtlarda Ukraynaya yardım göndərməkdədir. Məslən, Finlandiya Ukraynaya 7 milyard avro maliyyə yardımı göstərib.

ABŞ-da vəziyyət bir qədər çətindir. Tramp başda olmaqla, respubilkaçılar Konqresdən Ukraynay yardımın təsdiqlənməsini əngəlləyirlər. Belə olan halda ABŞ prezidenti Co Bayden bildirdi ki, Pentaqonun özünün sərəncamında olan müxtəlif silahlardan Ukraynaya yardım göndərəcəklər. Pentaqon da o silahların bəzi hissəsini Ukraynaya göndərməyə başlayıb.

Üstəlik, belə bir fikir var ki, martın axırında maliyyə yardımı məsələsi Konqresdə öz həllini tapacaq. Yəni Ukraynaya maliyyə və silah yardımının göndərilməsi qaydasına düşəcək. Ukrayna özü də silah sənayesini bərpa etməyə başlayıb. Bu çərçivədə Böyük Britaniya ilə birgə hərbi dronlar istehsal edilir.

Bildiyiniz kimi, 155 mm-lik artilleriya mərmiləri ilə bağlı Ukraynanın problemi vardı. Onu da artıq aradan qaldırıblar. Düzdür, bu tam təmin edilməsə də, Böyük Britaniya NATO ölkələrinə müraciət edib ki, Ukrayna üçün ən çox lazım olan 155 mm-lik top mərmiləri tədarük etmək lazımdır. O baxımdan, Ukrayna çətinliklə də olsa, Rusiya ordusunun müqavimətini qıra bilib”.

Səxavət Məmməd

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv