!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna dəniz piyadalarının əsir düşməsini təsdiq etdi

!Reklam – Yazi

Ukraynanın 36-cı dəniz piyadası briqadasının Mariupolda “Azov” alayı ilə birləşməsi zamanı dəniz piyadalarının bir neçəsi əsir düşüb.

Yenicag.az xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bu xəbəri təsdiq edib.

O, çoxsaylı hərbçinin əsir düşməsi haqqında Rusiya tərəfinin yaydığı xəbərləri təkzib edib.

Müşavir deyib ki, 36-cı dəniz piyadası briqadasının hərbçiləri cəbhəni yarmağa çalışarkən əsir düşüb: “Söhbət min nəfərdən deyil, xeyli az sayda hərbçidən gedir. Min nəfərin əsir düşməsi haqqında xəbərlər bir neçə dəfə şişirdilmiş yalandır. Briqadanın bir hissəsi “Azov” alayı ilə birləşməyə, digər hissəsi isə ayrı istiqamətdən cəbhəni yarmağa çalışıb. Cəbhəni yarmağa çalışan hissə artilleriya zərbələrinə məruz qalıb, xeyli hərbçi həlak olub, onların bir qismi isə əsir düşüb”.

Onun sözlərinə görə, cəbhəni yarmağı bacarmış hissə döyüşü davam etdirməyə hazırdır. Görülmüş tədbirlərdən sonra Mariupolun müdafiəsi möhkəmləndirilib.

Xatırladaq ki, Mariupol şəhəri martın 1-dən Rusiya qoşunlarının mühasirəsindədir./Report/

www.yenicag.az

453
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv