!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu ölkə dünyanın ən çox minalanmış ölkəsinə çevrildi

!Reklam – Yazi

Müharibə bitdikdən sonra Ukrayna ərazisinin təxminən 30%-i (174 min kv.km) partlamamış mina və sursatlardan təmizlənməlidir. Bu, ölkəni dünyanın ən çox minalanmış ərazisinə çevirir.

Yenicag.az xəbər verir ki, bu barədə “Globsec” analitik mərkəzinin hesabatında deyilir.

Qeyd olunur ki, Ukrayna minalanmış və partlamamış hərbi sursatlarla çirklənmiş əraziyə görə dünya rekordu qoyub və keçmiş liderlər Əfqanıstan və Suriyanı keçib.

Hesabatda vurğulanır ki, işğalçılar mina tələləri qurmaqda “iyrənc dərəcədə bacarıqlıdırlar”. Onlar yollarda, tarlalarda və meşələrdə ikiqat və hətta üçqat mina tələləri qururlar.

Analitiklər Ukraynanın müharibədən sonrakı minalardan təmizlənməsi vəzifəsini “çətin, bahalı və demək olar ki, qeyri-mümkün” adlandırıblar.

Bundan əvvəl Britaniya kəşfiyyatı Ukraynanın minalardan təmizlənməsinin ən azı on il çəkəcəyini bildirmişdi.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv