!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna əsirlərin mübadilə fondunu “zənginləşdirir”: Rusiya hərbçiləri necə əsir götürülür?

!Reklam – Yazi

AntiRusiya hərbi birlikləri Rusiya əsgərlərinin əsir götürülməsini intensivləşdirib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, etnik ruslardan təşkil olunan Rusiya Könüllülər Korpusu (RKK) və “Rusiyanın azadlığı” legionu Moskva üçün ciddi başağrısına çevrilib.

Məlumata görə, Ukraynaya qarşı hərbi təcavüzü qəbul etməyən RKK və “Rusiyanın azadlığı” legionu xüsusilə Belqorod ətrafında Rusiya ordusunun çox sayda əsgərini əsir götürüb.

Bu barədə danışan Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi rəisinin sözçüsü Andrey Yusov bildirib ki, həmin əsirlər Ukraynanın əsirlərin mübadilə fondunu əhəmiyyətli dərəcədə “zənginləşdirir”.

O, adları çəkilən hərbi birliklərin Rusiya ordusuna qarşı cəsarətlə döyüşdüyünü və Ukraynaya çox faydalı olduğunu vurğulayıb.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv