!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna hamımızın təhlükəsizliyi üçün vuruşur” – Elizabet Tras

!Reklam – Yazi

“Biz Ukrayna ərazilərini mənimsəmək hesabına sülh istəyənlərlə anlaşa bilmərik”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna ərazilərinin itirilməsi hesabına Rusiya ilə sülh əldə olunması ehtimalını dəyərləndirən Böyük Britaniyanın Baş naziri Elizabet Tras deyib.

Baş nazirin sözlərinə görə, Ukraynanın savaşı həm də bütün dünyada demokratiya və azadlıq uğrundadır:

“Ukrayna xalqı tək öz təhlükəsizliyi üçün deyil, həm də hamımızın təhlükəsizliyi üçün vuruşur. Bu savaş həm də bütün dünyada demokratiya və azadlıq uğrundadır.

Putinin Ukrayna ərazilərini qanunsuz ilhaq etməsi demokratiyanın boğulması və beynəlxalq hüququn pozulmasına yönəlik ən yeni aktdır.

Biz Ukrayna ərazilərini mənimsəmək hesabına sülh istəyənlərlə anlaşa bilmərik. Onlar məhv edilmiş ukraynalının qanı üzərində sülh illuziyası yaratmağı təklif edirlər.

Ancaq biz əminik ki, Ukrayna bu savaşdan qalib çıxa bilər”.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv