!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna hansı halda NATO-ya üzv olacaq? - Ərdoğan açıqladı

!Reklam – Yazi

“Ukraynadakı münaqişənin sona çatması ölkənin NATO-ya üzvlüyünü asanlaşdıracaq”.

Yenicag.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Vilnüsdə keçiriləcək sammitdə Şimali Atlantika Alyansına üzv ölkələr NATO-nun müdafiə strukturlarının gücləndirilməsi, həmçinin tərəfdaşlara dəstək məqsədilə indiyədək qəbul edilmiş qərarları nəzərdən keçirəcəklər.

Ərdoğan əlavə edib ki, üzv ölkələr alyans ölkələrinin Ukraynaya dəstəyini nümayiş etdirəcək NATO-Ukrayna Şurasının iclasını təşkil edəcəklər.

“Biz əminik ki, müharibənin ədalətli və davamlı sülh yolu ilə tezliklə başa çatması Ukraynanın NATO-ya daxil olmasına töhfə verəcək”, – deyə Ərdoğan bildirib.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv