!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna ilə bağlı sülh PLANI: “The Washington Post” Trampın adından saxta xəbər yaydı - Zelenskinin təklifi rədd edildi

!Reklam – Yazi

Donald Trampın seçki kampaniyası üzrə müşaviri Ceyson Miller “The Washington Post”un Trampın Ukrayna ilə bağlı “sülh planı”nın təfərrüatlarını açıqladığı iddia edilən hesabatını “saxta xəbər” adlandırıb.

Yenicag.az xəbər verir ki, Miller bu barədə “The New York Post”a müsahibəsində danışıb.

Miller bildirib ki, Tramp vəzifədə olana qədər heç bir sülh planı ilə razılaşmayacaq və bütün variantları düzgün ölçüb-biçə bilməyəcək.
“Bunların hamısı “Washington Post”un saxta xəbərləridir. Onlar sadəcə uydururlar”, – Miller bildirib.

Eyni zamanda o, Trampın “insan ölümlərini dayandırmaqdan danışan yeganə şəxs” olduğunu vurğulayıb. “Co Bayden insan ölümlərini davam etdirməkdən danışır” deyən Miller, görünür Baydenin Ukraynanı silahla dəstəkləmək mövqeyinə işarə edərək deyib.

Respublikaçılar partiyasının prezidentliyə namizədi sayılan Tramp tez-tez seçiləcəyitəqdirdə Rusiya və Ukrayna arasında sülh razılaşmasını 24 saat ərzində müzakirə edə biləcəyi ilə öyünür. Lakin o, bunu necə edəcəyini ictimaiyyətə açıqlamaqdan dəfələrlə imtina edib.

“Washington Post” öz mənbələrinə istinadən yazıb ki, Tramp Ukraynanı Rusiyaya güzəştə getməyə və Ukrayna ərazilərini, xüsusən Krımı və Donbası onun nəzarəti altına almağa çalışır.
Vladimir Zelenski Trampı Ukraynaya gəlməyə dəvət edib. Lakin Tramp hazırkı Co Bayden administrasiyası ilə “maraqlar toqquşması”nı əsas gətirərək bundan imtina edib.

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv