!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna ilə Polşanı toqquşduran MƏQAM: Volın faciəsi Kiyev və Varşavanı üz-üzə gətirir

!Reklam – Yazi

1943-cü ildə baş verən Volın faciəsinə yanaşma Ukrayna ilə Polşanın münasibətlərini kəskinləşdirir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin (XİN) Ukraynanın Volın faciəsinə görə üzr istəməli olduğunu bəyan etməsi birmənalı qarşılanmayıb.

Ukraynanın Polşadakı səfiri Vasili Zvariç Vaşinqtonun bu faciəni Kiyevə sırımaq cəhdlərinin yolverilməz olduğunu deyib.

Qeyd olunur ki, Polşa XİN-in təmsilçisi Lukaş Yasina yerli mediaya müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenskinin Volın faciəsinin polyaklar üçün nə demək olduğunu “tam başa düşmədiyi” vurğulanıb.

O əlavə edib ki, bu məsələdə anlaşılmazlıqların aradan qaldırılması üçün prezidentlər səviyyəsində müzakirələrin aparılmasına ehtiyac var:

“Zelenski öz üzərinə daha böyük məsuliyyət götürərək Volın faciəsinə görə üzr istəməlidir. Bu formul Polşa-Ukrayna münasibətləri üçün çox işləkdir”.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv