!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna işğal altındakı ərazilərini azad etmək üçün artıq bütün zəruri vasitələrə malikdir” – NATO-nun Baş katibi

!Reklam – Yazi

“Yaranmış şəraitdə əsas diqqətimiz Ukraynanın NATO-ya yaxınlaşdırılmasına dəstək olmağa yönəlib”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri NATO ölkələri xarici işlər nazirlərinin Osloda keçirilmiş qeyri-rəsmi görüşündən sonra təşkil olunan mətbuat konfransındakı çıxışında alyansın baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukrayna yaxın gələcəkdə danışıqlar masasında NATO üzvləri ilə bərabər səviyyə statusunda təmsil olunacaq:

“Yaranmış şəraitdə əsas diqqətimiz Ukraynanın NATO-ya yaxınlaşdırılmasına dəstək olmağa yönəlib. NATO onsuz da Ukraynaya misilsiz yardımlar göstərir. İnanıram ki, Ukrayna işğal altındakı ərazilərini azad etmək üçün artıq bütün zəruri vasitələrə malikdir. Ancaq biz daha artığını etməliyik.

Eyni zamanda, Ukraynaya etibarlı maliyyələşdirmə ilə bağlı işlər çoxillik zərf üzərində də həyata keçirilir. Bu, uzunmüddətli perspektivdə Ukraynanın müdafiəsini, müdafiə sektorunun NATO standartlarına uyğunlaşdırılmasını və Rusiyanın çəkindirilməsini təmin edəcək”.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv