!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna konkret vaxt təyin ETDİ: “Bu vaxta qədər...” - KAPİTAN

!Reklam – Yazi

“Kiyev Krımı qaytarmaq planlarından əl çəkmir. Və hətta konkret müddətlər təyin edir”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Rusiya-Ukrayna müharibəsinin taleyini dəyişmək üçün atacağı addımları proqnozlaşdıran kapitan Vladimir Qundarov deyib.

O, bildirib ki, Ukrayna bu dəfə Krımı geri qaytarmaq üçün “Yeni il” bayramına qədər vaxt təyin edib:

“Hətta Ukrayna bu planı gerçəkləşdirmək üçün 2000 hərbçidən ibarət elit xüsusi təyinatlı briqadasını təlim keçmək üçün Böyük Britaniyaya göndərib. Bu briqada rus qoşunlarını son və sarsıdıcı məğlubiyyətə uğratmalıdır.

Döyüş planının bəzi təfərrüatları açıqlanıb. Krım əməliyyatına havadan, qurudan və dənizdən zərbələr endirilərək başlanılacaq.

Zirehli bölmələr Krım müdafiəsini dağıdarkən Ukrayna Silahlı Qüvvələrinin artilleriyası uzaqmənzilli raketlərdən istifadə etməyə başlayacaq. Həmin anda təlim keçən xüsusi təyinatlılar ağır texnikadan istifadə edərək rus qoşunlarını məğlubiyyətə uğradacaq.

Bu planın baş tuta bilməsi üçün İngiltərə, ABŞ və Almaniya Ukraynanı lazımi resurlarla təmin edib.

Hazırda Britaniya dəniz piyadalarının nəzarəti altında olan Dartmurda keçirilən təlimdə Ukrayna hərbçiləri ilə birlikdə bu taktika tətbiq olunur. Əsas diqqət isə NATO-nun manevr taktikasını tətbiq etməyə köklənib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv