!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Krım körpüsünü belə partlatdı - VİDEO

!Reklam – Yazi

09:42

Krım körpüsündə yanacaq çəni yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynadakı həmkarımız Anar Natiqoğlu sosial media hesabından video görüntülər paylaşıb.

Krımın fövqəladə hallar xidmətinin məlumatına görə, körpüdə qatarların hərəkəti də dayandırılıb.

“Naviqasiya tağlarına ziyan dəyməyib. Səbəb və nəticələr barədə danışmaq tezdir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır”, – yerli orqanlardan bildiriblər.

Qeyd edək ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Ukraynanın işğal altındakı Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.

www.yenicag.az

3350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv