!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Krımı necə azad edəcək? - “İlk növbədə, uzaqvuran dəqiq silahların əldə olunması...” – Amerikalı general

!Reklam – Yazi

“Skeptiklər belə düşünürlər ki, Krımın azad edilməsi üçün uzunmüddətli və böyük xərc tələb edən yerüstü əməliyyatın keçirilməsi lazımdır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın Krımı azadetmə perspektivini dəyərləndirən ABŞ-nin Avropadakı hərbi qüvvələrinin sabiq komandanı general-leytenant Ben Hodces deyib.

Generalın sözlərinə görə, Krımın Rusiya işğalından azad edilməsi üçün Ukrayna uzaqvuran dəqiq silahlarla təchiz olunmalıdır:

“Krımın azad edilməsi planının ilkin mərhələsində Rusiyanın Qara dəniz donanmasına uzaqvuran silahlardan zərbələr endirilməlidir.

İkinci mərhələdə isə işğalçıların mühüm hərbi infrastrukturu vurulmalıdır ki, yarımada Rusiya qoşunlarının istifadəsi üçün yararsız hala düşsün.

Əla hazırlanmış xəritə də göstərir ki, uzaqdan dəqiqliklə endirilmiş zərbələr bu məqsədi reallaşdıra bilər. Skeptiklər belə düşünürlər ki, Krımın azad edilməsi üçün uzunmüddətli və böyük xərc tələb edən yerüstü əməliyyatın keçirilməsi lazımdır. Ancaq, ilk növbədə, yarımada işğalçılar üçün yararsız hala gətirilməlidir”.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv