!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna kriptovalyuta birjalarında: "Onların hüquqları məhkəmələrdə qorunacaq"

!Reklam – Yazi

“Ən yaxın müddətdə Ukraynada regionun, ümumiyyətlə MDB məkanının ən böyük kriptovalyuta bazarı formalaşacaq”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynada kriptovalyutaların hüquqi status qazanmasına münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu gündən etibarən bütün xarici kripto birjalar Ukraynada sərbəst fəaliyyət göstərə biləcəklər:

“Ukrayna nə qədər müharibə vəziyyətində olsa da həyat öz axarında tam sürətlə davam edir. Ötən ilin sonu Prezident Zelenski kriptovalyuta əməliyyatlarını tənzimləyən qanun layihəsini imzalamadan geri qaytarmışdı.

Prezident qanun layihəsinə tənzimləmə ilə bağlı bir sıra əlavələr təklif etmişdi. Artıq adı çəkilən qanun layihəsi prezidentin təklif etdiyi əlavələrlə birlikdə təsdiqlənib. Beləliklə, kriptovalyutalar bu ölkədə hüquqi status qazanıb, kritpovalyuta birjaların Ukrayna ərazisində fəaliyyəti tam qanuniləşib.

Ukraynalılar beynəlxalq kriptovalyuta birjalarında sərbəst iştirak edə biləcəklər. Bütün bazar iştirakçılarının hüquqları məhkəmələrdə qorunacaq. Ukraynanın Rəqəmsal Transformasiya naziri adı çəkilən qanunun Ukraynada innovasiyaların, virtual aktivlərin və rəqəmsal sahibkarlığın inkişafına, kriptovalyuta sahəsində şəffaf investisiya mühitinin formalaşmasına ciddi təkan verəcəyini bildirib. Düşünürəm ki, ən yaxın müddətdə Ukraynada regionun, ümumiyyətlə MDB məkanının ən böyük kriptovalyuta bazarı formalaşacaq”.

Gülşən Şərif

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv