!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna LABİRİNTİ: “Heç olmasa, Azərbaycanın acı təcrübəsindən ibrət götürsəydilər...”

!Reklam – Yazi

“Müharibənin nə qədər davam edəcəyini isə o “pult”u əldə saxlayanlardan başqa heç kim bilmir”.

Bu fikirləri Qərbin Rusiyanın işğal faktı ilə razılaşması üçün Ukraynaya təzyiqləri artırmasına dair iddiaları dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu müharibənin finişi Qərbin maraqlarına uyğun qaydada yetişdiriləcək:

“Sözümün əvvəlində xüsusi vurğulamaq istərdim ki, mən bu ədalətsiz müharibədə Ukrayna xalqının və qəhrəman ordusunun yanındayam, onların Rusiyaya qarşı mübarizəsini müdafiə edirəm. Ancaq bu fikirləri Ukraynanın nə əvvəlki, nə də indiki hakimiyyətinə şamil etmək mümkün deyil.

Çünki SSRİ dağılandan sonra Ukraynada hakimiyyətdə olmuş siyasi qüvvələrin tək fəaliyyətləri o gözəl ölkəni yeyib-dağıtmaq olub. Nəticədə isə Ukrayna hazırda özünün müdafiə etmək üçün hər fürsətdə maraqlarını təmin etməyə çalışan Qərb ölkələrinə möhtac vəziyyətdə qalıb.

Təsəvvür edin ki, Ukrayna Konstitusiyasında ölkənin NATO və Avropa İttifaqına üzv olacağı yazılıb. Yəni “qız evində toydur, oğlan evinin xəbəri yoxdur”. Bir baxıb-görün, NATO ilə Avropa İttifaqı sizi öz sıralarına qəbul etmək istəyirmi? Dəfələrlə açıq mətnlə deyiblər ki, istəmirik.

Buna baxmayaraq, Ukrayna da Gürcüstanın yolu ilə gedərək özünü bu vəziyyətə saldı. Qərb isə indiki şəraitdə müharibənin “pult”unu tutub istədiyi kimi idarə edir. Müharibədə Ukraynanın iki yüz min, Rusiyanın isə üç yüz min itki verdiyi bildirilir. Ukrayna xarabazara çevrilib, Ümumi Daxili Məhsulu qırx faiz azalıb, milyonlar insan ölkədən qaçıb. Rusiya da onun kimi… İqtisadiyyatı çöküb, itkiləri dəhşətli həddə çatıb…

Ancaq vəziyyət fərqli də ola bilərdi. Bunun üçün Ukraynanın siyasi hakimiyyətinin daha ağıllı siyasət yürütməsi tələb olunurdu. Onlar heç olmasa, bizim müstəqilliyin ilkin dövründəki acı təcrübədən ibrət götürsəydilər, bu vəziyyətdə olmazdılar. Müharibənin nə qədər davam edəcəyini isə o “pult”u əldə saxlayanlardan başqa heç kim bilmir. Ən ağır zərbə isə dediyim kimi, xalqa dəyir”.

A.Zeynalov

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv