!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna MN Rusiya şəhərini atəşə tutması xəbərini təkzib etdi

!Reklam – Yazi

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Belqorod şəhərini atəşə tutması barədə rəsmi Moskvanın yaydığı məlumatı təkzib edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, həmin hadisədə Ukrayna Silahlı Qüvvələrinin iştirakı olmayıb.

Qeyd edək ki, Moskva vaxtı ilə saat 05:51-də Belqorodda, Konstantin Zaslonov küçəsi 90, “Belqorodnefteprodukt” ASC-də yanğın olması barədə məlumat daxil olub. Yanğın neft anbarındakı yanacaq çənlərini bürüyüb. Nəticədə iki fəhlə xəsarət alıb, onlara ilkin tibbi yardım göstərilib, həyatlarına heç bir təhlükə yoxdur. Yanğın səbəbindən müəssisənin yaxınlığındakı 3 küçədəki evlərin sakinləri köçürülür.

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv