!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsində yeni cəbhə açılır: Rusiya qoşunları Xarkov istiqamətində hücuma keçdi

!Reklam – Yazi

Rusiya qoşunları bu gün səhər tezdən Xarkov vilayətinin şimal-şərqində qurudan hücuma keçib. Yüksək rütbəli hərbi mənbə bildirib ki, Rusiya ordusunun bölmələri bufer zona yaratmaq cəhdi ilə sərhədyanı Vovçansk şəhəri yaxınlığında bir kilometr irəliləyib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşr yazır ki, bu hücum hərbi münaqişədə yeni cəbhə açır.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi hadisə yerinə əlavə qüvvələr göndərdiyini bildirib.

“Təxminən səhər saat 5 radələrində düşmən tərəfindən zirehli texnikanın pərdəsi altında müdafiə xəttimizin yarılmasına cəhd edilib. Hazırda hücumlar dəf edilib, müxtəlif intensivlikdə döyüşlər davam edir” nazirliyin açıqlamasında deyilir”, – deyə agentlik Müdafiə Nazirliyindən sitat gətirib.

Ukraynalı yüksək rütbəli hərbi mənbə adının çəkilməməsi şərti ilə “Reuters”ə bildirib ki, Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini sərhəddən 10 kilometrə qədər geri çəkməyə çalışır.

Rafi Müslümov

www.yenicag.az

122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv