!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək

!Reklam – Yazi

Rusiyanın Ukrayna şəhərlərinə kütləvi hava hücumlarına cavab olaraq Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək. İclasda Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini müzakirə ediləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba özünün X sosial şəbəkə hesabında bildirib.

D.Kuleba qeyd edib ki, Alyans Kiyevin Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi tələbini dəstəkləyib.

“Əsas mövzulardan biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq”, – deyə nazir bildirib.

Kuleba əlavə edib ki, bu, Avro-Atlantik birliyin “vacib siqnalıdır”.

Xatırladaq ki, Ukrayna-NATO Şurası Ukrayna ilə Şimali Atlantika Alyansına üzv ölkələr arasında müxtəlif səviyyələrdə məsləhətləşmələrin aparıldığı platformadır./Azertag/

www.yenicag.az

178
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv