!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna nə qədər canlı itki verib? - Bu ölkəyə dəyən MADDİ ZİYAN açıqlandı

!Reklam – Yazi

2022-ci ilin fevralın 24-də səhər saat 04:00-dan martın 9-u gecə yarısına qədər (yerli vaxtla) Ukraynada 1506 ölüm faktı qeydə alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (UNHCHR) İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 549 nəfər dinc sakindir, daha 957 nəfər isə yaralanıb.

Məlumata görə, həlak olan 549 nəfərin 101-i kişi, 67-si qadın, 6-sı qız və 9-u oğlandır, o cümlədən ölənlər arasında cinsini müəyyən etmək mümkün olmayan 26 uşaq və 340 böyük var.

***

Rusiyanın başlatdığı hərbi əməliyyatlar zamanı Ukraynaya 100 milyard dollardan artıq ziyan dəyib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko məlumat verib.

“İki həftədən çoxdur ki, müharibə davam edir. Rusiya ordusu dinc şəhərləri bombalamaqla yanaşı yaşayış binalarını da dağıtmağa davam edir”,- deyə O,Ustenko bildirib.

Oleq Ustenkonun sözlərinə görə, rəqəm böyükdür və müharibə bitəndən sonra bərpa prosesi uzun çəkəcək.

“Vəziyyət hər kəsin təsəvvür edə biləcəyindən qat-qat dərindir. Həqiqətən edilməli olan şey bütün dünyada Rusiya nefti və qazına tam embarqodur”,-deyə Ustenko əlavə edib.

Ustenko həmçinin bildirib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları daxilində işləyir. Zelenskinin müşaviri əlavə edib ki, ölkədə maliyyə sistemi və valyuta bazarı sabitdir.

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv