!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna ordusu Rusiya ərazisinə mütləq daxil olacaq” – Polkovnikdən SAVAŞ SSENARİSİ

!Reklam – Yazi

“Hazırda Rusiya hüdudlarına daxil olanlar bu ölkənin pasportunu daşıyan insanlardır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri döyüş əməliyyatlarının Rusiya ərazisinə keçmə ehtimalını şərh edən ukraynalı hərbi ekspert, polkovnik Roman Svitan deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun döyüşü Rusiya ərazisinə keçirməsi zaman məsələsidir:

“Şübhə etmirəm ki, Ukrayna ordusu tez-gec Rusiya sərhədini yararaq hərbi əməliyyatları oraya keçirəcək. Bu, sadəcə, zaman məsələsidir. Hazırda Rusiya hüdudlarına daxil olanlar bu ölkənin pasportunu daşıyan insanlardır.

Həmin rusiyalıların hansı regionda müqavilə ilə xidmətə cəlb edilmələrinin artıq əhəmiyyəti yoxdur. Ukraynaya gəldikdə isə, ordumuz Rusiya ərazisinə mütləq daxil olacaq. Çünki beynəlxalq anlaşmalara əsasən, hərbi məqsədlər üçün işğalçı ölkənin ərazisinə keçilə bilər.

Burada hədəf işğal və ya ilhaq deyil, təcavüzkar ölkənin hərbi obyektlərinin məhv edilməsidir. Ukrayna ordusu hətta çox rahatlıqla Moldovadakı Dnestryanı bölgəyə daxil olaraq, oradakı Rusiya hərbi kontingentini rahatlıqla əzmək imkanındadır”.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv