!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna ordusu Xarkovda daha bir yaşayış məntəqəsini azad etdi

!Reklam – Yazi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Olxovka kəndini Rusiya hərbçilərindən tamamilə azad edib.

Yenicag.az xəbər verir ki, bu barədə Xarkov qarnizonunun rəisi Sergey Melnik “Facebook”da məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna hərbçiləri yerli sakinlərə humanitar yardım edib.

“Xarkov vilayətində daha bir istiqamət düşməndən azad edilib – Olxovka kəndi! Bu istiqamətdə vəziyyəti Xarkov vilayətinin təhlükəsizlik və müdafiə sektorunun qüvvələri idarə və nəzarət edir”, – Melnik yazıb.

O, həmçinin əlavə edib ki, yerli sakinlərə ərzaq dəstləri və məişət, şəxsi gigiyena vasitələri olaraq zəruri humanitar yardım göstərilib./Oxu.az/

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv