!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna ordusu Xersondan sonra Krıma doğru irəliləyəcək” – Savaş proqnozu

!Reklam – Yazi

“Rusiya ictimai rəyi tədricən Xersonun təslim edilməsinə hazırlaşdırılır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müharibəsinin mümkün gedişatını dəyərləndirən tanınmış rusiyalı hüquq müdafiəçisi Marq Feyqin deyib.

Onun fikrincə, Ukrayna ordusu Xersonu azad etdikdən sonra işğal altındakı Krıma doğru irəliləyəcək:

“Biz Ukrayna ordusunun sağsahil Xersonu işğaldan azad etməsi ərəfəsindəyik. Mən Ukrayna Baş Qərargahının planlarından xəbərsizəm, ancaq gedişat onu göstərir ki, Xerson istiqaməti həlledici olacaq.

Soyuqlar düşənə qədər Ukrayna ordusu sağsahil Xersonu azad edərək solsahildəki dənizə qədər olan əraziləri, o cümlədən Melitopolu atəş altında saxlaya bilər. Mənim proqnozum belədir ki, Ukrayna ordusu sağsahili azad etdikdən həmən sonra Krıma doğru hərəkətlənəcək.

Rusiyada isə ictimai rəy tədricən Xersonun təslim edilməsinə hazırlaşdırılır, artıq bütün ölkə ərazisində hərbi vəziyyət elan olunması məşq edilir. Ordu isə acınacaqlı vəziyyətdədir”.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv