!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna ordusunun uğurları Putinin sonunu yetişdirir” – Sabiq kəşfiyyat şefi

!Reklam – Yazi

“Kompleks nəzarət rıçaqlarını hələ əlində saxlayan Putinin qarşıdakı həftələrdə istefa verəcəyi gözlənilmir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın cəbhədəki uğursuzluqlarının Prezident Vladimir Putinin aqibətinə təsirini dəyərləndirən Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (XKİ) keçmiş rəisi Nikolay Malomuj deyib.

Onun fikrincə, mövcud şəraitdə Putinin yaxın ətrafı artıq onun fiziki cəhətdən məhv edilməsi variantını nəzərdən keçirir:

“Mənə belə gəlir ki, kompleks nəzarət rıçaqlarını hələ əlində saxlayan Putinin qarşıdakı həftələrdə istefa verəcəyi gözlənilmir. Ancaq Ukrayna ordusunun keçirdiyi əməliyyatlar taktiki plandan strateji mərhələrə keçdikdə, cəbhənin yarılması ilə bərabər, Putinin kənarlaşdırılması reallığı da əhəmiyyətli dərəcədə artacaq.

Yaxın perspektivdə, nikbin baxsaq, bir-iki aya Putin rejiminin sonu gələcək. Həmçinin mövcud şəraitdə Putinin yaxın ətrafı da artıq onun fiziki cəhətdən məhv edilməsi variantını nəzərdən keçirir. Lakin biz indi əsas diqqəti tam səfərbər olmağımıza və uğurları davam etdirməyə yönəltməliyik”.

www.yenicag.az

429
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv