!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Polşa münasibətlərində GƏRGİNLİK: "Kiyev Varşava hökumətini devirməyi planlaşdırır”

!Reklam – Yazi

“Almaniya, Amerika Birləşmiş Ştatları və Ukrayna Polşanın indiki sağçı hökumətini devirmək istəyir”.

Yenicag.az xəbər verir ki, bu haqda pisləşən Polşa-Ukrayna münasibətlərindən danışan Lodz Universitetinin professoru Przemislav Juravski dərc etdiyi məqalədə bildirib.

O, qeyd edib ki, son vaxtlar Polşa-Ukrayna münasibətlərində bir sıra diplomatik insidentlər baş verir:

“Bu, Polşada məyusluq və təəccüb doğurur. Halbuki hazırki proseslər beynəlxalq kontekstdə “Qərb ölçüsü”nə malikdir. Almaniya nümayəndələri Polşada onlara düşmən olan hakim Qanun və Ədalət partiyasını devirmək istəyir. Çünki Almaniya gələcəkdə Rusiya ilə münasibətləri yaxşılaşdırmağı planlaşdırır.

Öz növbəsində ABŞ administrasiyası Polşanın hazırkı rəhbərliyinin Polşa, Amerika və Almaniya arasında harmonik əməkdaşlığa maneə olduğunu hesab edir. Vaşinqton çox ehtimal ki, Polşada qarşıdan gələn seçkilərdə hazırkı hökumətin devrilməsinə şərait yaradacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv