!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna prezidenti Avropa Komissiyasının rəhbəri ilə Sülh Sammitinə hazırlığı müzakirə edib

!Reklam – Yazi

Ukrayna prezidenti Vladimir Zelenski Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə Sülh Sammitinə hazırlığı müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yazıb. “Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə mühüm video söhbət. Biz Qlobal Sülh Sammitinə hazırlığı müzakirə etdik”, – deyə o qeyd edib.

Ukrayna prezidenti bildirib ki, Zirvə toplantısına ən çox ölkənin, o cümlədən Qlobal Cənub ölkələrinin nümayəndələrinin cəlb edilməsindən danışıblar.

“Sülh Sammitində iştirakınızı təsdiqlədiyiniz üçün sizə təşəkkür edirik. Biz Avropa və Avropa İttifaqının Ukrayna ilə bir yerdə olmasını yüksək qiymətləndiririk”, – deyə o vurğulayıb.

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv