!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna rəsmisindən AĞILSIZ BƏYANAT: "Ondan cavab verməsini tələb etmək lazımdır"

!Reklam – Yazi

“Azərbaycanın rəsmi qurumları bununla bağlı mütləq şəkildə Ukraynadan hesabat tələb etməlidir”.

Bu sözləri Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun rusların ermənilərə xəyanət etməsi nəticəsində Azərbaycanın “özününkü saydığı” ərazilərə girdiyi fikrinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Yusif Bağırzadə bildirib ki, bu ifadələr təkcə beynəlxalq hüquqa uyğun gəlməyən mövqe deyil, həm də hərbçilərimizin öz qanları bahasına düşmən işğalından azad etdikləri torpaqların mübahisəli ərazilər olması ilə bağlı ictimai fikir formalaşdırmaq cəhdidir:

“Bu ifadələrin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyan və dəstəkləyən dost Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi tərəfindən sələndirilməsi isə, təbii ki hiddət doğurur. Öz ərazilərində separatçı rejimlərin mövcud olduğu, işğaldan əziyyət çəkən bir ölkənin rəsmisinin uzun illərdir separatizmdən və işğaldan əziyyət çəkən başqa bir ölkə, yəni Azərbaycan haqqında bu cür ifadələr işlətməsi yolverilməzdir və ondan bununla bağlı mütləq şəkildə hesabat tələb olunmalıdır.

Danilov yaxşı bilir ki, işğaldan azad olunmuş ərazilər heç kim, heç bir dövlət və qurum və hətta Ermənistanın özü tərəfindən belə heç vaxt mübahisəli ərazi hesab olunmayıb. Odur ki, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərini geri qaytarmasını “Azərbaycan özününkü hesab etdiyi ərazilərə girdi” fikrilə ifadə etmək, sözün əsl mənasında, nadanlıqdır.

Nadanlıqdır – təkcə ona görə yox ki, onun fikirləri tarixi və reallığı müahisələndirmək cəhdidir, həm də ona görə ki o bu fikirləri Krımın ilhaqını tanımayan, Dontsk və Luqanskın müstəqilliyini qəbul etməyən, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və müdafiə edən bir ölkənin ünvanına səsləndirib. Danilov rəsmi şəkildə cavab verməlidir ki, niyə Krımın ilhaqını tanıyan, Ukraynanı bombalamaq üçün öz arsenalındakı təyyarələri Rusiyaya verən, Donetsk və Luqanskdakı separatçılara humanitar yardım adı altında dəstək verən Ermənistanı deyil, mübaribədən əziyyət çəkən Ukrayna xalqına mütəmadi olaraq humanitar yardım edən, bütün beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanı hədəf alır? O bu cür sərsəm açıqlama verərəkən ən azından Ukrayna vətəndaşı olan azərbaycanlıların bu ölkənin ərazi bütövlüyü üçün necə vuruşduğunu, şəhid olduğunu göz önünə almalı idi.

Düşünürəm ki, Azərbaycanın rəsmi qurumları bununla bağlı mütləq şəkildə Ukraynadan hesabat tələb etməlidir. Təkcə Azərbaycan deyil, elə Ukraynanın ali rəhbərliyi və xalqı da Danilovdan bu cür açıqlamalara görə cavab verməsini tələb etməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

782
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv