!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya danışıqları: Rəsmi Kiyev güzəştə gedəcək? - ŞƏRH

!Reklam – Yazi

“Ukrayna güzəştə getməyəcək. Çünki bu, Ukrayna torpaqlarının itkisinə gətirib çıxaracaq. Güzəştə getsə, paytaxt və qərb hissəsi Ukraynaya qalacaq. Polşa və Macarıstanın həmin torpaqlarla bağlı müəyyən iddiaları var. Faktiki olaraq Ukrayna dövləti yoxa çıxa bilər”.

Bunu Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukraynanın danışıqlara başlama ehtimalını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, yay aylarında müharibə daha da şiddətlənəcək:

“Hazıkı şəraitdə danışıq olsa belə, nəticə verməyəcək. Çünki danışıqlara hazırlıq yoxdur. Əvvəl Belarusda, İstanbulda görüş oldu. lakin heç bir nəticə əldə edilmədi. Rusiya ordusu işğal ərazisini genişləndirməyə çalışır. Belə bir vəziyyətdə danışıqlar nəticə verməyəcək.

Türkiyə vasitəçilik etmək istəyir. Bir məqam da var ki, Qərb də müharibənin dayanmasında maraqlıdır. Təsadüfi deyil ki, ABŞ-nin sabiq dövlət katibi Henri Kissincer qalmaqallı açıqlama verdi. O bildirdi ki, Ukrayna bəzi ərazilərindən imtina etməlidir, müharibə dayandırılmalıdır. Bu təkcə Kissencerin fikri deyildi. Qərbdə bu cür düşünənlər var. Fransa Prezidenti Emanuel Makron da Ukraynanın güzəştə getməsini istəyir. Zelenski də bildirmişdi ki, Makron ondan güzəştdə getməsini istəyib. Ancaq o, cavabında heç bir güzəştin olmayacağını deyib. Kissincer ümumi bir fikri ifadə edib. Bunları rəsmi Ankara da duyur. Ona görə vasitəçilik etmək istəyir.

Bu arada, Çin də çox fəallaşıb. Rusiya Ukraynada qələbə qazansa, Çinin də Tayvanı ələ keçirmək planları var. ABŞ iki istiqamətdə fəaliyyət göstərməlidir – Ukrayna və Tayvan.

Ukraynada döyüşlər yaxın aylarda dayanmayacaq. Əksinə, daha da şiddətlənəcək. Putinlə Zelenskinin görüşünün yaxın müddətdə baş tutacağını təxmin etmirəm”.

Səxavət Məmməd

www.yenicag.az

901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv