!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya müharibəsi: Döyüşlərin miqyası genişlənəcək? - Polkovnikin şərhi

!Reklam – Yazi

“Rusiya ilə Ukrayna arasında genişmiqyaslı döyüşlər baş verəcək. Ancaq bu döyüşlərin son olub-olmayacağı əməliyyatların nəticəsindən asılı olacaq”.

Bu fikirləri Rusiyanın yeni hücum dalğası başlatmaq ehtimalı, tərəflərin potensialı və müharibənin gedişatını dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, tərəflər irimiqyaslı döyüşlərin olacağını gizlətmir:

“Yaxın zamanda irimiqyaslı döyüşlərin ola biləcəyi ilə bağlı proqnoz vermək olar. Rusları böyük güclə hücuma keçməyə vadar edən səbəblər var. Mart ayının sonu, aprel ayından ağır texnikaların Ukraynaya gəlməsi gözlənilir. Ukrayna texnikalar və digər göndərilən silahları aldıqdan sonra genişmiqyaslı əks-hücum əməliyyatı keçirməyə hazırlaşır. Belə olduğu halda, iki variant ola bilər. Birinci variant odur ki, zirehli texnika gələnə qədər ruslar genişmiqyaslı hücum əməliyyatı apara bilərlər. İkinci variant bu ola bilər ki, Ukraynaya gələn hərbi texnikadan sonra ruslar onların əks-hücumunun qarşısını alandan sonra hücum əməliyyatı keçirsin. Bu iki yanaşma var. Bu da imkanlardan və hüdudlardan aslıdır. Əgər hansısa hüdudları ələ keçirib gələcək əks-hücumun qarşısını almaq üçün əlverişlidirsə, tapşırıq birinci variant üzrə olacaq. Birinci variantın mənfi cəhəti ondan ibarətdir ki, ruslar indi hücum əməliyyatları keçirsələr, ciddi itkilər verəcəklər. Bundan əlavə, hazırda qurulmuş gücləndirilmiş müdafiə rayonlarını orada yenidən qura bilməzlər. Müsbət cəhət ondan ibarətdir ki, ərazi baxımından irəliləyirlər. Ola bilsin ki, o hüdudu gələcəkdə bufer zonası kimi istifadə etsinlər.

İkinci variantın müsbət tərəfi ondan ibarətdir ki, hər cəhətdən hazırlaşmış müdafiə rayonları var. Müdafiə rayonunda qarşı tərəfə daha çox itki verdirə bilərlər. Belə olduğu halda, əks-hücumun da qarşısını ruslar ala bilərlər. Bunun mənfi tərəfi də var. Əks-hücum əməliyyatları aparan tərəf də onların müdafiə rayonlarını hansı formada qurduğunu bilir. Əks-hücum keçirən zaman yarma əməliyyatları uğurlu olsa, Ukrayna tərəfi əks-hücum əməliyyatlarını genişləndirə bilərlər.

İrimiqyaslı döyüşlərin olacağını hər iki tərəf gizlətmir. Hesab edirəm ki, bu döyüşlər baş verəcək. Ancaq bu döyüşlərin son olub-olmayacağı əməliyyatların nəticəsindən asılı olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv