!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-RUSİYA müharibəsi: "Hesablamalar yalnış olub, Kreml mesaj gözləyir..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın hərbi, iqtisadi gücünün zamana hesablanması yalnış olub”.

Bu sözləri Rusiya ordusunun Ukraynanı dronlar, raketlər, aviasiya ilə vurması, rəsmi Moskvanın aqressivləşməsinin və hücumları intensivləşdirməsinin səbəblərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Rusiyanın hərbi və iqtisadi baxımdan çökməsi ilə bağlı proqnozların hamısı gerçək çıxmadı:

“Son bombardımanlar Rusiyanın Ukraynada döyüşən ordusunun komandanı general Sergey Surovikinin dəsti-xəttidir. Surovikinin indi etdikləri Suriyada tətbiq etdiyi taktikadır. Əldə olan bütün raketlərlə kütləvi hücumla qarşıda nə varsa hamısını məhv etməyə hesablanıb. Bu taktikanın indiyə təsadüf etməsinin səbəbləri var. NATO-nun hərbi-siyasi beyin mərkəzi noyabrda müharibənin Ukraynanın lehinə, Rusiyanın əleyhinə olacağını proqnozlaşdırırlar. Hibrid, informasiya müharibəsinin tərkib hissəsi kimi ruslar bu addımı atır. Bundan əlavə, Rusiya deyir ki, gücümüzün tükənməsi siz düşündüyünüz kimi deyil. Rusiyanın G20-dən çıxarılması məsələsi də masadadır. Müharibə üzərindən Rusiyanın hərbi və iqtisadi baxımdan çökəcəyi proqnozlarının hamısı keçərlilik müddətini bitirib. Həm NATO-nun, həm də Ukraynanın tərəfdaşlarının uzun vədədə Rusiyanın hərbi gücünün bitəcəyini, bunun fonunda müharibənin Ukraynanın xeyrinə dayandırılacağının limiti keçib. Demək ki, Rusiyanın hərbi, iqtisadi gücünün zamana hesablanması da yalnış olub.

Rusiyanın ən azı gələn ilin yazına qədərki müddətdə istifadə edə biləcək raket sistemlərinin sayı kəmiyyət olaraq mövcuddur. Bunun üzərinə Rusiyanın bizim bildiyimiz hissəsində İranın verdiyi dronlar, sursatlar var. Bilmədiyimiz Şimali Koreyadan, Çindən hərbi-texniki avadanlıqların Rusiyaya verilməsi prosesi də gedir. İndiki mərhələdə müharibənin gedişatından Rusiya narahat görsənmir.

Surovikin əlində nə varsa, hamısından istifadə edəcək. Bu kütləvi raket zərbələrinin Rusiya üçün faydası Ukraynanın hücum qruplaşmasının ən azı əzmini qıra bilər. Ancaq əks-hücum keçirməyə Rusiyanın gücləri çatmaz. Ən azı Rusiyanın səfərbərliklə gələn qüvvələri ilə hücum etməsi məntiqli deyil. İndiki şərtlərdə müharibənin bu hədlərdə getməsi Rusiya üçün məqbuldur. Gələcəyə yönəlik məsələyə gəldikdə isə, Rusiya Ukrayna və tərəfdaşlarının müharibənin hansı hədlərdə dayandırılacağına dair mesajlarını gözləyir. Danışıqlara getməyə beynəlxalq qurum və ölkə olmadıqca statik müharibə durumu davam edəcək.

Müharibə kontaktsız mərhələyə keçib. Mövcud halda hər iki tərəf hərbi planlarının sahədə yerinə yetirildiyi kimi göstərir. Heç bir tərəfi indiki vəziyyət qane etmir”.

Səxavət Məmməd

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv