!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya müharibəsi ilə bağlı son 6 həftənin hesabatı

!Reklam – Yazi

İngiltərə kəşfiyyatının Ukrayna-Rusiya müharibəsindəki son vəziyyətlə bağlı dərc etdiyi hesabatda hər iki tərəfin son 6 həftədə məhdud qazanc əldə etdiyi ifadə edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı dərc etdiyi kəşfiyyat hesabatında həftə sonu Donbas cəbhəsində həm Kremina, həm də Baxmut bölgələrində gərgin qarşıdurmaların davam etdiyi bildirilib.

Hesabatda deyilir ki, 15 yanvar 2023-cü il tarixinə Ukrayna Silahlı Qüvvələri (USQ) demək olar ki, Vaqner Qrupunun davamlı hücumları qarşısında Baxmutun şimalındakı Soledarda mövqelərini qoruyub saxlayıb.

“Kremin ətrafındakı meşəlik ərazidə silsilə yerli hücumların və əks-hücumların həyata keçirildiyi də qeyd olunub. Bununla belə, ümumilikdə USQ öz cəbhə xəttini tədricən Kremina şəhərinin kənarında şərqə doğru çəkməyə davam edib. Son altı həftə ərzində həm Rusiya, həm də Ukrayna müxtəlif regionlarda əhəmiyyətli, lakin məhdud qazanc əldə ediblər”, – deyə məlumatda qeyd edilib.

www.yenicag.az

270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv