!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ukrayna-Rusiya müharibəsindən sarsılan Brilliant: “Uşaqlar öldürülür, necə gülüm?”

!Reklam – Yazi

Xalq artisti Brilliant Dadaşova Ukraynada baş verən dəhşətli hadisələrdən sarsıldığını ifadə edib.

Yenicag.az xəbər verir ki, sənətçi kədərini ürəyindən gələn misralarla belə ifadə edib:

“27 illik dostum deyir, əhvalın yerində olmasa da, həmişə gülümsə. Mən də ürək sözlərimi qafiyələrə düzdüm… Deyirsən, ağlama, hər zaman gül, uşaqlar öldürülür, mən necə gülüm? Xəyalımdakı möcüzə torpağa gömülür, mən necə gülüm? Tanrı bəxş edib gözəl dünyanı, gülüstan edib hər yanı. Hər yerdə qəddarlıq, hər yerdə zülüm, mən necə gülüm?”

Brilliantın paylaşımı sosial şəbəkə izləyiciləri tərəfindən ağrı-acı ilə qarşılanıb. Onu dəstəkləyən hər kəs, eləcə də Ukraynada yaşayan izləyicilər insanların məhv olduğunu, o gözəl şəhərlərin dağılaraq viran qoyulduğunu yazaraq, sarsıldıqlarını bildiriblər.

Nehru

www.yenicag.az

856
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv