!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya müharibəsinə təsir edən AMİLLƏR - Sülh müqaviləsi imzalanacaq? - RƏY

!Reklam – Yazi

“Yaxın zamanda Ukrayna ilə Rusiya arasında sülhün əldə ediləcəyi gözlənilmir”.

Bunu Rusiya-Ukrayna müharibəsinin gedişi, Kiyevin sülh təklifinə Moskvanın reaksiyası və sülh ehtimalını dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, hazırda iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə bağlı reallıq yoxdur:

“G7-lərin görüşündə Zelenski onlayn qoşularaq dedi ki, Rusiya sülhü istəmir. Yaxın zamanda Ukrayna rəsmiləri açıqlama verdilər ki, yeni ilə kimi işğal olunmuş ərazilərdən Rusiya qoşunları çıxarılacaq. Kreml sözçüsü Peskov isə cavab verdi ki, belə söhbət yoxdur, cəfəngiyyatdır. Rusiya rəsmi olaraq bildirir ki, Qərb Ukraynaya silah və maddi yardım edir. Bu davam edəcəyi təqdirdə Rusiya geri addım atmayacaq.

Qərb ölkələrinin bəziləri açıq şəkidlə bildirir ki, silah-sursat anbarları boşalmaqdadır. Qərb ölkələrinin də bəziləri müharibənin bitməsini istəyər. Rusiya da çox nüansın fərqindədir.

Digər tərəfdən, ABŞ konqresində və senatında seçkilər keçirildi. Konqresdə səs çoxluğu respublikaçılarda oldu, senatda isə yenə demokratlar qalib gəldi.

ABŞ-də də ikili fikir formalaşıb. Bayden hökuməti yardım göndərilməsində maraqlı olsa da, respublikaçılar yardımı dayandırmağı təklif edir. Ancaq Ukraynaya yardımı dayandırmaq istəyənlər silahların verilməsinin monitorinqinin keçirilməsi ilə bağlı maddə qəbul etdirə biliblər. Bundan əlavə, “lend-liz” qanunu ilə verilən maliyyənin də auditdən keçilməsi qərarlaşdırılıb.

Təbii ki, bu da vaxt alacaq. Ukrayna rəsmiləri də hər gün elan edir ki, onlara maddi və silah dəstəyi verilsin. Yardımın gecikməsi də Ukrayna-Rusiya müharibəsinə təsir edə bilər.

Hazırda sülh müqaviləsinin bağlanması real görsənmir. Yalnız Türkiyə tərəfi sülh danışıqları üçün təşəbbüslə çıxış edir. Ərdoğanın Putin və Zelenski ilə yaxşı münasibətləri sülhə gətirib çıxara bilər. Açığı, yaxın müddətdə sülhün əldə ediləcəyi gözlənilmir”.

Səxavət Məmməd

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv