!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya münasibətində KƏNAR GÜC: "Silahlandırma hədiyyə verilmir" - ŞƏRH

!Reklam – Yazi

“Heç bir ölkə demir ki, Ukrayna ilə Rusiya arasında silahlı toqquşma olsa əsgərimizi göndərəcəyik. Ancaq silah yardımı edəcəklərini deyirlər, bu isə qarşılıqsız olmur”.

Bu sözləri NATO üzvü olan Latviyanın Rusiya ilə hərbi toqquşmasının qaçılmaz olacağı təqdirdə, Ukraynaya silah və qeyri-hərbi xarakterli yardımlar göstəriləcəyini bəyan etməsinə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, Ukraynaya silah və digər yardım dəstəyi söz verən ölkələrin heç birinin əsgəri Rusiyaya qarşı döyüşməyəcək:

“Latviya Avropa Birliyinə daxil olduğu üçün təbii ki, Avropa Birliyinin mövqeyindən çıxış edir. Təkcə Latviya yox, digər Avropa ölkələri də bənzər fikirlər səsləndirir. Fikrimcə, Ukrayna ilə Rusiya arasında döyüşlər başlasa, silahla yardım edəcəklər, ancaq düşünmürəm ki, Latviyanın və yaxud Avropanın hansısa ölkəsinin əsgəri gedib Ukrayna torpağı üçün döyüşəcək.

Ukrayna məsələsi üzərindən Rusiyaya müxalif olan ölkələr öz geosiyasi maraqları üçün fikirlər səsləndirirlər. Ancaq iki ölkə arasında toqquşma olsa, o ölkələr ziyan götürməyəcəklər. Düşünürəm ki, gərginliyə gətirən amillərin biri də maraqlardır. Heç bir ölkə demir ki, silahlı toqquşma olsa əsgərimizi göndərəcəyik. Sanksiyalar olacaq, silahlandırma olacaq. Silahlandırma hədiyyə verilmir. Sabah müəyyən bir şəkildə maliyyə tərəfindən Ukrayna asılı vəziyyətdə qalacaq. Hər halda istəməzdim ki, Ukrayna ilə Rusiya arasında silahlı toquşma olsun”.

Səxavət Məmməd

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv