!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya müzakirələri: Danışıqlara texniki fasilə verildi - YENİLƏNDİ

!Reklam – Yazi

“İşçi alt qruplarda əlavə fəaliyyət və anlayışların aydınlaşdırılması üçün danışıqlarda sabaha qədər texniki fasilə verilib”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Twitter”də yazıb.

“Danışıqlar davam edir…”, – o əlavə edib.

***

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu başlayıb.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.

O, danışıqların növbəti raundunda müzakirə ediləcək məsələləri də açıqlayıb. Podolyak, atəşkəsin əldə edilməsi, qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları haqqında məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb.

***

Ukrayna ilə Rusiya arasında müzakirələrin 4-cü raundu bu gün baş tutacaq.

Yenicag.az xəbər verir ki, görüş onlayn həyata keçiriləcək.

Qeyd edək ki, əvvəl keçirilən 3 müzakirə də nəticəsiz bitib.

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv