!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya qarşıdurması: "Bölgədə irimiqyaslı hərbi savaş baş tutarsa..."

!Reklam – Yazi

“Rusiya NATO dövlətləri, ABŞ və Avropanın əks-hücumlarından ehtiyat edir”.

Bu sözləri Rusiyanın Ukraynaya qarşı işğal planı hazırlaması ilə bağlı yayılan məlumatları dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanı özünə tabe etməyə marağı olsa da, indiki şəraitdə müharibə etməyə çəkinir:

“Rusiyanın əsas məqsədlərindən biri Belarusu və Ukraynanı öz əhatə dairəsinə salmaqdan ibarətdir. Düzdür, Belarusla bağlı istəyinə nail ola bildi. Çünki Belarus prezidenti Aleksandr Lukaşenko Putinin tərəfdarıdır və onun hakimiyyətdə qalmasına kömək edib. Ukrayna prezidenti Vladimir Zelenski isə bu formatda davam etmədi. Bu isə Rusiyanın işini çətinləşdirib. Krım Rusiyaya olduqca vacib bir mövqedə yerləşir. Məsələ ondadır ki, hazırda sərhəddə gərginlik yüksək səviyyədədir. Lakin Ukrayna yaxşı bilir ki, müharibə olarsa, heç bir dövlət ona dəstək olmayacaq. Əslində, Rusiya da müharibəyə risk eləmir. Baxmayaraq ki, Rusiya müharibə vasitəsilə Ukraynanı özünə rahatlıqla tabe edə bilər. Sadəcə Rusiya NATO dövlətləri, ABŞ və Avropanın əks-hücumlarından ehtiyat edir. Rusiyanın sərhədə xeyli sayda hərbi sursat yerləşdirməsi psixoloji amillə bağlıdır. Bu, Moskvanın gücünü dünyaya göstərməyə köklənib.

Bütün hallarda Ukrayna müharibə etmək istəyərsə, öz məhvinə səbəb olacaq. Bölgədə irimiqyaslı hərbi savaş baş tutarsa, Üçüncü Dünya Müharibəsinin baş verəcəyi istisna deyil. Çünki Rusiyanın regionda hegemonluğu bir çox dövlətləri narahat edir. Mövcud şəraitdə ən optimal yol Ukrayna və Rusiyanın razılığa gəlməsidir”.

Gülşən Şərif

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv