!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya savaşında informasiya müharibəsi: "Avropa yaratdığı prinsipləri özü pozur"

!Reklam – Yazi

“Məsələ qarışıqdır. Bir tərəfdə təcavüz edən, digər tərəfdə təcavüzə məruz qalmış dövlət var. Təbii ki, təcavüz edənə qarşı müqavimət göstərmək lazımdır. Ancaq bunu bir millətə, dövlətə qarşı tətbiq edib, digərinə qarşı etməyəndə bu artıq ikili standartdır. Avropanın özünün yaratdığı prinsipləri pozması deməkdir”.

Bu fikri Ukrayna-Rusiya müharibəsi fonunda gedən informasiya müharibəsini şərh edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında səsləndirib.

Müşfiq Ələsgərli öncə Ukrayna-Rusiya müharibəsinə münasibət bildirərək bunları deyib:

“Rusiya tərəfindən aparılan müharibə haqsız müharibədir. Başqasının ərazisinə daxil olublar, daxil olduqları ölkənin siyasi iradəsinə, müstəqil xətt yürütməsinə mane olmaq istəyirlər. Bu baxımdan ədalətsiz müharibədir. Müharibə həm də kobud formada aparılır. Beynəlxalq konvensiyalar pozulur. Xəstəxanalar, məktəblər, uşaq baxçaları, doğum evləri vurulur. Cenevrə konvensiyasına görə bu obyektlərə xətər yetirilməməlidir. Rusiya tərəfindən həmin obyektlər dağıdılır. Bununla da ikinci ədalətsizlik üzə çıxır. Beynəlxalq hüququn forma və prinsipləri kobud şəkildə tapdalanır. Bu baxımdan Ukrayna ilə müəyyən ölkələrin həmrəylik göstərməsi, təcavüz edən ölkənin susdurulması üçün iş görülməsi normal bir haldır.

Başqa ölkələr özləri dövlət səviyyəsində qoşulmurlar.

Başqa bir dövlət əgər bu müharibəyə qoşularsa, bu savaş rəsmən dünya müharibəsi statusu alacaq. Ona görə də, dolayısı ilə yardım edirlər. Sanksiyalar qoyurlar, könüllüləri təşviq edirlər ki, gedib Ukrayna üçün döyüşsünlər. Bunlar əslində yaxşı addımlardır”.

Müharibədə media qurumlarının fəaliyyətinə gəldikdə isə Müşfiq Ələsgərlinin münasibəti aşağıdakı kimi olub:

“Aparılan işlərə media qurumları da dəstək verirlər. Fikir plüralizminin olması, müxtəlif fikirlərin auditoriyaya çatıdırılması medianın prinsipidir. Müharibə başlayan kimi Rusiyanın iki kanalını Avropa İttifaqı ərazisində blokladılar. Bunu rəsmi olaraq Avropa İttifaqı səviyyəsində etdilər. Avropadakı jurnalist təşkilatları belə buna özləri etiraz etdilər ki, təcavüzkar ölkədə yerləşməyindən asılı olmayaraq istənilən halda KİV-in bloklanması Qərb prinsiplərinə ziddir. Bunu qərblilər özləri deyirlər. Məsələ ondadır ki, Qərb ölkələri zaman-zaman başqa dövlətləri, elə Azərbaycanı da tənqid edirdi ki, kənardan yayımlanan KİV qrumlarına blok qoyurlar. Biz əsaslandırırdıq ki, dövlət təhlükəsizliyi ilə bağlıdır. Ancaq başqalarından tələb etdikləri, irad tutduqları addımı özləri atdılar. Bir dövlət ərazisində deyil, 27 dövlət ərazisində Rusiyanın iki TV kanalının yayımına blok qoyulmuş oldu.

Ukraynada jurnalistlərin qorunması üçün Avropa təşkilatları tərəfindən çox ciddi şəkildə addımlar atırlar. Onlar üçün həmrəylik fondu yaradıblar.

Bizim özümüz də Jurnalistlərin Həmkarlar İttifaqı olaraq həmin fonda ianə köçürmüşük. Orada birbaşa monitorinq aparırlar. Ancaq Azərbaycanda ikinci Qarabağ savaşı gedəndə bir dənə beynəlxalq təşkilat gəlib hansısa bir fəaliyyət həyata keçirmədilər. Azərbaycan jurnalistləri 6 dəfə hücuma məruz qaldılar. Biz dəfələrlə onlara müraciət edəndən sonra bir neçə bəyanat verdirə bildik. Ancaq Ukraynada hər hansısa bir jurnalistin başına bir iş gələn kimi dərhal açıqlama, bəyanat verirlər. Belə çıxır ki, Qərb insanlara dininə, coğrafiyasına, ərazisinə görə qiymət verir.

Bu cür qərəzli davranışı təkcə siyasi qurumlar deyil, həm də KİV qurumlarının özündə görürük. KİV qurumlarının hamısı birbaşa Rusiyaya qarşı təbliğat aparmaqla məşğuldur. Yenə o fikrimə qayıdıram ki, Rusiya beynəlxalq prinsipləri pozub, təcavüzkar ölkədir. Ancaq istənilən halda Rusiyanın da öz fikri var. Fikir plüralizmi prinsipini yenə özləri pozurlar”.

Səxavət Məmməd

www.yenicag.az

567
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv