!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Rusiyanın Krımdakı aviabazasına PUA-larla zərbə endirdi

!Reklam – Yazi

Ukraynanın Rusiya tərəfindən ilhaq olunan Krım yarımadasının Krasnoqvardeysk rayonunun Oktyabrsk qəsəbəsində dəmir yolu stansiyası yaxınlığında yanğın olub. 

Yenicag.az xəbər verir ki, bunu Krım separatçılarının rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) neft bazasına, aerodroma və silah-sursat anbarına zərbələr endirib. Nəticədə yanğın və partlayış olub.

Hadisə yerindən 5 km radiusdakı yaşayış məntəqəsinin sakinləri təxliyə edilib. Bundan başqa, Krımda dəmiryolunda hərəkət dayandırılıb.

Qeyd edək ki, Krasnoqvardeysk rayonunda keçmiş SSRİ-dən qalma Qara dəniz Donanmasının aviabazası yerləşir.

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv