!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Rusiyanın şəhərlərinə niyə raket zərbələri endirmir? – “Bu addımın atılması...” - ŞƏRH

!Reklam – Yazi

“Müharibənin Ukraynanın hərbi təcavüzə məruz qalması, müharibənin onun ərazisində getməsi bu ölkəni haqlı tərəfə çevirib”.

Bu fikirləri Ukraynaya hərbi təcavüz edən Rusiyanın böyük şəhərləri xarabalığa çevirdiyi halda, Ukraynanın Rusiya şəhərlərinə zərbə endirməməsinin səbəblərinə toxunan keçmiş xüsusi xidmət zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynanın Rusiya şəhərlərinə raket zərbələri endirməməsi doğru taktikadır:

“Bəli, həqiqətən də, müharibə başlayandan bu yana Ukrayna Rusiyanın şəhərlərini, dinc əhalisini hədəfə almır. Bu isə o deməkdir ki, Ukrayna Rusiyaya öz hücumlarını genişləndirmək üçün hər hansı əsas vermədən öz ərazisini müdafiə edir.

Bilirsiniz, Rusiyanın çox təhlükəli, addımları təxmin edilməyən dövlət başçısı var. Onun harada, nə zaman, nə edəcəyi məlum deyil. Əgər Ukrayna onun sərhədlərinə ən yaxın olan Rostova, onun ətrafındakı başqa yaşayış məntəqələrinə raket zərbələri endirsə, Rusiya artıq təhlükənin onun daxilinə keçdiyini iddia edəcək. Nəticədə Rusiya Ukraynaya atom bombası da ata bilər.

Bu gün Ukraynanın hərbi təcavüzə məruz qalması, müharibənin onun ərazisində getməsi bu ölkəni haqlı tərəfə çevirib. Ona görə də, açıq deyək ki, Ukraynanın Rusiya şəhərlərini və oradakı dinc əhalini hədəfə almaması düzgün taktikadır.

Digər tərəfdən, Ukrayna onu da hesablayır ki, Rusiyanın şəhərlərini raket atəşinə tutsa, o zaman Kiyevin, Xarkovun yerlə yeksan olması aqibəti ilə üzləşməsi realdır. Yenə deyirəm, Rusiyanın proqnozlaşdırılmayan, dünya ilə hesablaşmaq istəməyən bir dövlət başçısı var və ondan hər şey gözləmək olar.

Qeyd edilməlidir ki, bu müharibənin nəticəsi nə olursa-olsun, Ukrayna qalibdir. Əsas məsələ heç bir halda kapitulyasiyanı qəbul etməməkdir. Görünən də budur ki, qəbul etyməyəcək”.

A.Zeynalov

www.yenicag.az

928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv