!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna savaşında dönüş yaradan SİLAH: HIMARS Rusiya ordusuna göz açdırmır

!Reklam – Yazi

ABŞ-nin Ukrayna ordusunu HIMARS reaktiv yaylım atəşi sistemləri ilə təchiz etməsi müharibədə ciddi dönüş yaradıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ordusunun HIMARS sistemlərindən istifadə etməsindən sonra Rusiyanın atəş imkanları təqribən 10 dəfə azalıb.

Məlumata görə, HIMARS sistemlərindən istifadə sayəsində Ukrayna ordusunun itkiləri də əhəmiyyətli dərəcədə azalıb.

Bununla belə, ABŞ mənbələri bildirirlər ki, Ukraynaya HIMARS üçün 300 kilometr məsafədə hədəfi vuran sursatların göndərilməsində müəyyən çətinliklər mövcuddur.

Ukrayna ordusunun 93-cü mexanikləşdirilmiş briqadasının tabor komandiri Boqdan Dmitruk da HIMARS-ların Rusiya ilə mübarizədə son dərəcə effektli olduğunu təsdiqləyib. Dmitruk bildirib ki, Rusiya radarları bu sistemlərin yerini və açılan atəşi müəyyənləşdirə bilmir.

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv