!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna savaşında TERROR TEATRI: “Rusiyanın intensiv raket hücumları çox davam edə bilməz” – Qriqori Boyko

!Reklam – Yazi

“Döyüşlərdə möhkəmlənən Ukrayna ordusu getdikcə güclənməkdə və Rusiyanın qorxusunu daha da artırmaqdadır”.

Bu fikirləri ötən gündən etibarən Rusiyanın Ukrayna şəhərlərinə davamlı raket zərbələri endirməsinin müharibənin gedişinə təsirini dəyərləndirən ukraynalı sabiq diplomat Qriqori Boyko Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın intensiv raket hücumu ruh yüksəkliyi yaşayan Ukrayna xalqını qorxuda bilməz:

“Əslində, Krım körpüsünün sıradan çıxarılmasından sonra Rusiya rejiminin buna qarşılıq olaraq müəyyən addımlar atacağı gözlənilən idi. Çünki müharibədəki uğursuzluqlar fonunda Krım körpüsünün vurulmasından sonra Putin rejimi öz xalqının nəzərində imicini təmizləməli idi.

Ancaq Rusiya bu dəfə də öz mahiyyətinə sadiq qalaraq, bu cavabı cəbhədə döyüşən orduya deyil, şəhərlərə və dinc əhaliyə qarşı yönəltdi. Bildiyiniz kimi, Kiyevlə yanaşı, Xarkov, Zaporejye və başqa şəhərlər intensiv raket atəşinə tutulub. Nəticədə xeyli dağıntı və dinc əhali arasında itkilər var.

Bununla belə, Rusiyanın silah arsenalının hazırkı vəziyyətini nəzərə alsaq, deyə bilərik ki, işğalçı ölkə intensiv raket hücumunu yalnız bir neçə gün davam etdirmək imkanındadır.

Bu hücum sırf terror aktıdır və Rusiya dinc əhalini hədəfə götürməklə özünün terrorçu dövlət olduğunu bir daha təsdiqlədi. Lakin intensiv raket hücumu ruh yüksəkliyi yaşayan Ukrayna xalqını qorxuda bilməz. Doğrudur, hərbi təcavüzün başlanğıcında – fevral, mart aylarında əhali arasında ciddi təşviş vardı. Amma o günlər artıq keçmişdə qalıb və indi kimsə bu hücumlardan qorxub-çəkinmir.

Təbii ki, Ukrayna bu terror hücumuna adekvat qarşılıq vermək haqqına malikdir. Ümumiyyətlə, döyüşlərdə möhkəmlənən Ukrayna ordusu getdikcə güclənməkdə, Rusiyanın qorxusunu daha da artırmaqdadır. O baxımdan, lazımi tədbirlər görülür və görüləcək. Fürsətdən yararlanıb savaşın gedişində Ukraynadan öz mənəvi dəstəyini əsirgəməyən, yanımızda olan Azərbaycan xalqına minnətdarlığımı çatdırıram. Bu savaş haqqın zəfəri ilə bitəcək”.

A.Zeynalov

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv