!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna savaşında YENİ DÖNÜŞ: “Yaz ayları və yayın əvvəlində gözlənilən döyüşlər...” – General PROQNOZU

!Reklam – Yazi

“Baxmut və Soledara təşkil olunan hücum da göstərir ki, əsas döyüşlər Donbasda gedəcək”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri müharibənin mümkün gedişatını dəyərləndirən Ukrayna Hərbi Kəşfiyyatı rəisinin müavini general-mayor Vadim Skibitski deyib.

Onun sözlərinə görə, müharibədə əsas dönüş bu ilin yaz ayları və yayın əvvəlində yaranmalıdır.

“Yaz və yayın əvvəli müharibədə həlledici dövr olmalıdır. Əgər Rusiyanın o dönəmə planlaşdırdığı genişmiqyaslı hücumun qarşısı alınarsa, bu müddətdə Rusiya ilə Putinin sonu gəlməlidir.

Savaşın konkret nə zaman bitəcəyindən danışsaq, bu barədə dəqiq bir söz demək çətindir. Çünki ilk növbədə yaz aylarını əhatə edən mərhələni keçməliyik.

Digər tərəfdən, Rusiya hərbi rəhbərliyindəki dəyişikliklər, səfərbərliyin birinci mərhələsinin yekunlaşması və işğalçı ordunun yenidən qruplaşdırılması bunu deməyə əsas verir ki, rusların başlıca aktivliyi Donetsk və Luqansk istiqamətində olacaq. Baxmut və Soledara təşkil olunan hücum da göstərir ki, əsas döyüşlər Donbasda gedəcək”.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv