!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna səfirliklərinə göndərilən bağlamalar: Heyvan gözləri, qan...

!Reklam – Yazi

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən rəsmi Kiyev bəzi ölkələrindəki səfirliklərinə qeyri-insani bağlamalar göndərildiyini bəyan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial şəbəkədə məlumat paylaşıb.

Bəzi ölkələrdəki diplomatik nümayəndəliklərə “qanlı bağlamalar” göndərildiyini qeyd edən Nikolenko, bağlamaların içərisində heyvan gözləri və qan çıxdığını bildirib:

“Paketlər Macarıstan, Hollandiya, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərə və Neapol, Krakov və Brnodakı baş konsulluqlara göndərilib”.

Nikolenko, “Bağlamaların üzərində qırmızı maye var idi və ondan pis qoxu gəlirdi” – deyib.

Ukrayna tərəfi paketlərlə bağlı araşdırmalarını davam etdirir.

İddia olunur ki, paketləri Rusiyaya bağlı qruplar göndərib.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv