!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Təhlükəsizlik Xidməti FTX agentini yaxaladı

!Reklam – Yazi

Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə 3-cü hücum briqadası üzrə casusluq edən və hərbi zavodda işə düzəlməyə çalışan Rusiya FTX agentini yaxalayıb.

Yenicag.az UNIAN-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs briqadanın ehtiyat komanda məntəqələrinin və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının qərargahlarının yerləşdiyi yerlərlə maraqlanıb.

Bundan başqa, 52 yaşlı paytaxt sakini əsas enerji və istilik istehsal edən müəssisələrin koordinatlarını təcavüzkara sızdırıb.

Casus həm də tərcümeyi-hal hazırlayıb strateji müəssisənin kadrlar şöbəsinə göndərib, silahların növləri və miqdarı haqqında məlumat əldə etmək üçün orada işə düzəlməyi planlaşdırıb.

Saxlanılıb və onu ömürlük həbs cəzası gözləyir.

www.yenicag.az

109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv