Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukrayna-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

Ukrayna Ali Radası cümə axşamı keçirilən iclasda Ukrayna və Türkiyə hökumətləri arasında hərbi çərçivədə imzalanmış sazişi ratifikasiya edib.

Yenicag.az xəbər verir ki, müvafiq sənəd üçün minimum 226 səs tələbi olub. 303 parlamentari lehinə səs verib.

Müqavilə Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı, 16 oktyabr 2020-ci ildə imzalanıb.

Sənəd müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının 21 istiqamət üzrə genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutur.

Ölkələr arasında əməkdaşlıq xüsusilə, hərbi təlim, təlimlərdə və birgə təlimlərdə qarşılıqlı iştirak, müdafiə sənayesi və hərbi məxfi məlumatların mübadiləsini əhatə edəcək.

www.yenicag.az

141
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100