!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna üçün MİQ-29 qırıcıları: “Sözsüz ki, bu onlara verilən tanklarla eyni sayda...” – Polşa rəsmisi

!Reklam – Yazi

“Biz bu yardımı beynəlxalq koalisiyanın tərkibində, birlikdə edirik ki, Ukrayna dəstəyimizi real ölçüdə görə bilsin”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın MİQ-29 qırıcıları ilə təmin olunması haqda səsləndirilən bəyanatları şərh edən Polşa prezidenti dəftərxanasının rəhbəri Pavel Şrot deyib.

Onun sözlərinə görə, Ukraynaya verilməsi nəzərdə tutulan həmin hərbi təyyarələrin sayı ilə bağlı eyforiyaya qapılmaq olmaz:

“Bildiyim qədər, Polşanın Ukrayna üçün nəzərdə tutduğu MİQ-29-ların sayı elə də çox deyil. Sözsüz ki, bu onlara verilən tanklarla eyni sayda olmayacaq.

Ümumiyyətlə, biz bu yardımı beynəlxalq koalisiyanın tərkibində, birlikdə edirik ki, Ukrayna dəstəyimizi real ölçüdə görə bilsin.

Ancaq söhbət F-16-ların verilməsindən gedəndə, burada təsadüfi bəyanatların yeri yoxdur və olmamalıdır. Polşa prezidenti bu barədə bəyanatını əminliklə verib”.

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv