!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna və Rusiya razılaşır - Dünya bazarlarının REAKSİYASI

!Reklam – Yazi

“Ukrayna ilə Rusiya arasında danışıqlarda müsbət nəticələrin olduğundan bazarlar pozitiv reaksiya verir”.

Yenicag.az xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzatinin yaydığı  Rusiya-Ukrayna arasında 15 bənddən ibarət hazırlanan plana dünya bazarlarının reaksiyasını şərh edən iqtisadçı Qubad İbadoğlu deyib.

““Financial Times” Ukrayna ilə Rusiya arasında danışıqlarda müsbət nəticələrin olduğundan, atəşkəs razılaşmasından, Rusiyanın qoşunlarını geri çəkmək öhdəliyindən və bunun müqabilində də Ukraynanın NATO-ya üzvlükdən imtina edəcəyindən və silahsızlaşmaya razılıq verib, neytral qalacağından yazıb.

Bu informasiyaya bazarlar pozitiv reaksiya verir, 1 barel neftin qiyməti 100 dollar, 1 dollar 100 rubldan aşağı düşüb. Amma rublun möhkəmlənməsi davamlı olmayacaq. Belə ki, Moskva dollarla ifadə olunmuş iki istiqraza görə investorlara 117 milyon dollar faiz ödəməli idi. Lakin valyuta ehtiyatlarının böyük hissəsi beynəlxalq sanksiyalarla dondurulduğundan, bu günə olan ödənişləri edə bilməyəcək. Rusiyanın xarici dövlət borcu 20 milyard dollardır. Rusiya defolt elan edilsə, ölkədə börc öhdəliklərinin ödənilməsində çətinliklər yaranacaq”, – deyə ekspert qeyd edib.

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv