!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edildi

!Reklam – Yazi

Ukraynanın Nazirlər Kabinetinin keçirilən iclasında bir sıra kadr dəyişiklikləri, o cümlədən xarici işlər nazirinin birinci müavini Əminə Djaparovanın vəzifəsindən azad edilməsi barədə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Telegram-kanalında Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı daimi nümayəndəsi Taras Melniçuk məlumat yayıb.

Qeyd edək ki, Djaparova rəsmi olaraq 2020-ci ilin iyununda Ukrayna xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

O, dörd il İnformasiya Siyasəti Nazirliyində işləyib və 2019-cu ilin payızında oranı tərk edib. 2014-cü ildə o, video redaktoru və Crimea.Realities saytının baş redaktorunun köməkçisi vəzifələrində çalışıb. 2011-2014-cü illərdə ATR telekanalında bir neçə verilişin müəllifi, aparıcısı və quruluşçu redaktoru olub.

Djaparova Xarici İşlər Nazirliyindəki vəzifəsində ilhaq edilmiş Krım və xalq diplomatiyası məsələləri ilə məşğul olub.

Xatırladaq ki, ötən cümə günü prezident Vladimir Zelenski Mark Şevçenkonun Ukraynanın Moldovadakı səfiri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. O, 2020-ci ilin fevral ayından bu vəzifəni tutur.

Moldovada yeni səfir Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov olacaq.

Yenicag.az

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv