!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ukrayna yarışdan çəkildi: Federasiyaların qərarı nə olacaq?

!Reklam – Yazi

Ukraynalı idmançılar bu ay Qətərdə keçiriləcək cüdo üzrə dünya çempionatını boykot edəcəklər.

Yenicag.az xəbər verir ki, onlar Rusiya və Belarusun iştirakından narahat olduqları üçün bu addımı atıblar.

Məsələ ilə bağlı Beynəlxalq Cüdo Federasiyası isə neytral qərar verib. Belə ki, qurum iki ölkənin də yalnız bitərəf formada yarışmasına icazə verəcəyini bildirib. Həmçinin federasiya qeyd edib ki, yarışa qatılan rus və belarus idmançılar müharibəni dəstəkləməməlidir.

Lakin Ukrayna qərardan narazıdır, buna görə də həmin yarışdan imtinanaı rədd edib.

Digər ölkələrin idman federasiyaları isə hələ bir qərar verməyib. Ən çox Fransa Cüdo Federasiyasının qərarı maraq edilib.

Qeyd edək ki, idman ekspertlərinə görə, Ukraynanın yarışda iştirak etməməsi həmin sektora böyük zərbələr vura bilər.

www.yenicag.az

312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv