!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada azərbaycanlı tələbə GİROV GÖTÜRÜLDÜ

!Reklam – Yazi

Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilən neftçalalı tələbəni atası ilə danışdırıblar.

Yenicag.az  xəbər verir ki, bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

“Mariupol Universitetinin 3-cü kurs tələbəsi olan oğlum – Abdullayev Hüseyn Amin oğlu bildirdi ki, sığınacaqdan çıxaraq şəhəri tərk etmək istəyərkən avtomaşında olan şəxslərlə birgə maskalı hərbçilər tərəfindən saxlanılıb.

Oğlumun telefonuna cavab verən şəxslər Qafqaz ləhcəsində, amma rus dilində danışırdılar. Hüseyni girov götürmüş şəxslər yaxın saatlarda şərtlərini açıqlayacaqlar”.

***

Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü iddia olunur.

Yenicag.az report-a istinadən xəbər verir ki, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.

Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.

Hazırda tələbənin valideynləri və digər doğmaları çox narahatdır.

Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv