!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada bataqlığa qərq olan Rusiya əlini Qarabağdan çəkmir: "Azərbaycan yalnız təzyiq, güc nəticəsində..." - ŞƏRH

!Reklam – Yazi

“Vaxtın uzanması erməni tərəfinə sərf edir. Düşünürəm ki, nə qədər vaxt uzatsalar da, Azərbaycanın potensialı qarşısında bir şey edə bilməyəcəklər”.

Bu sözləri Rusiyanın Qarabağ üzərindən qurduğu oyunu şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlı deyil:

“Rusiya prosesi dondurmaqda maraqlıdır. Rusiyanın başı Ukraynaya qarışıb. Bununla belə, bölgədən əlini çəkmək istəmir. Rusiya müxtəlif vasitələrlə prosesi ləngidir. Bunun üçün Ermənistanda əlaltıları – Sarkisyan, Köçəryan vasitəsi ilə vəziyyəti qəlizləşdirir. Düşünürəm ki, Ermənistanda baş verən hadisələr Paşinyana da sərf edir. Çünki Paşinyan da bu oyunun içərisindədir. Paşinyan da daxil olmaqla erməni cəmiyyətində heç kəs Qarabağın Azərbaycanın tərkibində qalmasını istəmir.

Bizdə o fikir formalaşıb ki, Paşinyan məsələni Qarabağı Azərbaycanın tərkibində olmaqla həll etmək istəyir. Bu fikri doğru hesab etmirəm. Paşinyan Moskvaya getdi, ardınca müxalifət hərəkətə keçdi. Düşünürəm ki, bu yöndə Moskvada razılıq olub. Hadisələrə bu qədər sadəlövh yanaşmaq olmaz. Azərbaycan yalnız təzyiq, güc nəticəsində erməniləri geri çəkilməyə məcbur edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

656
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv